"Uzun zamandır ki, yazıçı, ssenarist Rüstəm İbrahimbəyovla əlaqə qura bilmirəm”.

Bunu AzNews.az-a açıqlamasında professor, Ziyalılar Forumunun üzvü Rafiq Əliyev bildirib.

Elmi işlərinin çox olduğunu deyən R.Əliyev yazıçı Rüstəm İbrahimbəyovun sonrakı taleyi ilə bağlı məlumatsız olduğunu əlavə edib: "Ümumilikdə, Ziyalılar Forumu haqda da yeni bilgiyə malik deyiləm. Bu söhbətə çox güman ki, yeni ildə qayıdacağam.

Hazırda başım qarışıqdır, səfərlərim, tamamlanmayan kitablarım var. Bu işləri yekunlaşdırdıqdan sonra bu haqda düşünəcəyəm”.