Səhiyyə Naziriliyi 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərlə bağlı məlumat yayıb.

Məlumata görə, 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyində keçiriləcək. 

Təyinat və iş yerinə göndərilmə 4 noyabr 2014-cü il tarixində saat 14.00-də başlayacaq.

Səhiyyə Naziriliyi 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərə müraciət edərək onlardan şəxsiyyət vəsiqələrini Nazirliyə təqdim etmələrini xahiş edir.