Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın qərbində atəşkəs elan edilməsi barədə razılığa gəliblər.
Lent.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin mətbuat xidməti prezidentlərin telefon danışığı xəbərini yayıb.
Telefon danışığında tərəflər atəşkəsin əldə olunması ilə bağlı razılığa gəliblər .
Verilən açıqlamada Brüsseldə Rusiya və Ukrayna arasında təbii qazla bağlı məsləhətləşmələr aparıldığı da bildirilib.