Antiterror koalisiyası İŞID-ın mövqelərinə yeni aviazərbələr endirib. ANS PRESS-in məlumatına görə, ABŞ və ona müttəfiq ölkələrin İraqda bu qrurlaşma üzvlərinin mövqeyini hələ də bombalamaqda davam edir.

Beynəlxalq antiterror koalisiyası Suriya ilə İordaniya sərhədinə yaxın Ər-Rəmadi şəhərinin qərbindəki administrativ mərkəz olan Al-Anbar vilayətindən İŞID-çıların mövqeyinə bir neçə zərbə endirib. Verilən məlumata görə minimum 30 İŞID üzvü məhv edilib.

Qeyd edək ki, Ər-Ramadi strateji cəhətdən mühim şəhərdir. Döyüşçülər tərəfindən ona hücum olunarsa, ardınca isə Bağdadın təxminən 57 kilometr qərbində yerləşən Əl-Fallucin şəhəri tutularsa İraqın paytaxtının işğalına böyük təhlükə ola bilər.

Yeri gəlmişkən, ABŞ başda olmaqla koalisiya qüvvələrinin güc tədbirlərinə baxmayaraq İŞID İraq və Suriyada yeni ərazilər zəbt etməkdə davam edir.