Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, neftin bir barelinin qiymətinin 80 dollara qədər enməsində faciə görmür.
Musavat.com xəbər verir ki, o, bunu Milanda keçirdiyi mətbuat konfransında deyib.
"Rusiya büdcəsində neftin bir barelinin qiyməti 96 dollar nəzərdə tutulub. İndi bu qiymət aşağıdır. Amma bunda faciə yoxdur. Düşünürəm ki, qiymət nizamlanacaq. Çünki, bazarın ciddi iştirakçılarından heç biri 80 dollar qiymətdə maraqlı deyil”, - Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, neftin qiyməti 80 dollar səviyyəsində qalsa, bütün dünya iqtisadiyyatı çökəcək.