Suriyanın Kobani şəhərində İŞİD-lə savaş zamanı yaralanan PKK-nın "Sofi" ləqəbli üzvü Səlahəddin Dilək Türkiyəyə gəlib.

Axar.az xəbər verir ki, Türkiyə polisi tərəfindən saxlanılan PKK-nın "ölüm maşını" ədliyyə binasında həbs edilib.
 
İfadəsində 24 gün İŞİD-lə savaşdığını bildirən Dilək tam olaraq özündə olmadığını, keçmişi ilə əlaqədar bəzi məsələləri xatırlamadığını qeyd edib.
 
Şanlıurfada nəzarətə alınaraq Diyarbəkirə gətirilən Dilək 4 gün sorğu-sual edilib. Aparılan istintaqın sonunda "Sofi" ləqəbli PYD-li (Demokratik Birlik Partiyası) həbs edilmə tələbi ilə Sülh-Cəza Məhkəməsinə göndərilib. 

İfadəsi alınan Səlahəddin Dilək ağır yaralı olduğunu bildirib:

"Mən PYD-liyəm. Bu ittihamları qəbul etmirəm. Mənim PKK təşkilatı ilə bir bağlılığım yoxdur. Mən İŞİD-lə Kobani şəhərində döyüşdüm, yaralandım və müalicə olunmaq üçün Suruya gəldim. "Şakir Əli" adı mənə verilən bir ləqəbdir. Mən PYD təşkilatına nə zaman qatıldığımı tam olaraq xatırlamıram".