Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə ali məktəblərə daxil olan I və II qrup əlillərin təhsil haqqından azad olunmasını təklifi ilə çıxış edib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, dövlət hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərir:” Ali məktəblərə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilmələri yaxşı addım olar. Bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meyilinin artmasına və deməli, gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər”.