Bu dəqiqələrdə 2015-2016-cı illər üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilmək üzrə səsvermə başa çatıb.
Mia.az xəbər verir ki, Təhlükəsizlik Şurasına 1 illik müvəqqəti üzv olmaq üçün yarışan qardaş Türkiyə dövləti 109 dövlətin səsini alıb. Bu isə yarışdığı iki ölkə – Yeni Zenlandiya və İspaniyaya məğlub olmaq deməkdir.
Qeyd edək ki, Yeni Zelandiya 145 səslə 1 illik şuraya üzv seçilib. İspaniya isə 121 dövlətin səsini alsa da, Türkiyə kimi Yenə Zelandiyaya məğlub olub. Bu iki dövlət arasında keçirilən seçim isə İspaniyanın xeyrinə sonunclanıb. İspaniya 3-ci turda Türkiyə üzərində 132 səslə qalib gəlib.
Mia.az onu da bildirir ki, Türkiyə 3-cü turda cəmi 60 dövlətin dəstəyini qazana bilib. Bununla da Yeni Zelandiyadan sonra İspaniya da Təhlükəsizlik Şurasına müvəqqəti, yəni 1 illik üzv hüququ əldə ediblər.
Mia.az