Emin Tarverdiyev
Qınayıram... Xorvatiyaya
biabırçı məğlubiyyətdən sonra yığmamızdakı futbolçulara qarşı "ağzınızı
açıb, gözünüzü yummağınızı" qınayıram. Sosial şəbəkələrdə Berti Foqtsun
gəlmişini-keçmişini söyməyinizi qınayıram. Ən əsası, Xorvatiya millisini belə
zəif gözündə görməyinizi qınayıram.
Gözlənilən və qaçılmaz idi.
Başqa nə gözləyirdiz? Nə olmalı idi? Sizi and verirəm ölənlərinizin goruna,
hansı hissə qapılıb yığmamızdan qələbə gözləyirdiz? Siz necə adamlarsız e, nə
qədər sadəlöhv olmusuz... Yığmamızdan qələbə gözləyənlərin belə mağmın
vəziyyətə düşməsinə çox sarsıldım.
Siz əsəbdən siqareti siqaretə
calayanda mən də dostlarla Bakı - Balakən qatarında Zaqatalaya gedirdim.
Vaqonların təzə və təmiz olmasından, qatar bələdçilərinin sərnişinlərlə xoş və
səmimi davranışından, əvvəlkitək qatarların tamburunda siqaretin çəkilməsinə
icazə verilməməsindən danışırdıq. Bu arada qonşu kupedə olan üç almanın onlara
yatmaq üçün verilən "matras"ı ayaq altına salmasını görən dostum
yaman əsəbləşmişdi. Hətta dostum "Avropa mədəniyyəti budusa, tüpürüm belə
mədəniyyətə" deməkdən çəkinmədi, əsəbini isə Ələt stansiyasında siqaret
çəkməklə soyutdu.
Nəyəsə aludə olmaq, öyrəncəli
olmaq pis şeydi. Bu günlərdə bir video yayıldı, yəqin unutmamısız. Cənab baş
katibimiz fürsəti fövtə verməyib Foqtsun dediklərini ona sərf etməyən formada
xalqımıza çatdıran tərcüməçi Aydını hovuza yıxmışdı, hə, bax, o videonu
deyirəm. O videoda başqa nə gördüz? Mən gördüyüm o idi ki, italyanların
"şillə"sini Bertinin yetirmələri bərpa adı ilə hovuzda "yuyurdular".
Öyrəncəlidilər axı, hər məğlubiyyətdən sonra belə edirlər. Atamcanı deyirəm,
xalqımızın tüpürcəyini belə təmizləyirlər futbolçularımız. ...
Günlərin birində bir əndamı
yanmış bazara gəlir. Lazım olan şeyləri alan zaman bir qaqaş bundan əl çəkmir,
göz vurur, əlini əlinə sürtür, axırda da eyş-işrət təklif edir. Xanım da bic
qadın olur, cəld tərpənir, qaqaşı evinə dəvət edir. Oğlan qadına aldıqlarını
götürməkdə kömək edib, onun evinə gəlir. "Yanıq" qaqaş dözmür, o
dəqiqə xanımı soyundurub ehtirasını söndürmək istəyir. Bu dəm digər otaqdan bir
zənci kişi çıxıb qaqaşa təcavüz edir. Oğlan kor-peşman bazara,
"polka"sının dalına geri dönür. Səhər həmin əndamı yanmış bir də
bazara gəlir, oğlanın yanına çatanda bu dəfə qız başlayır qaqaşa göz-qaş
etməyə. Oğlan "əriyir", qızdan soruşur ki, "neqr" evdə? Qız
deyir yox, evdə deyil. Gəlirlər evə, yenə də "işə" başlayanda zənci
çıxıb oğlana təcavüz edir. Qaqaş yenə dilxor olub bazara qayıdır. Səhər açılır,
alverin şıdırğı yerində xanım yenə də oğlanın yanında peyda olur, başlayır
oğlana göz-qaş etməyə. Oğlan yenə soruşur ki, "neqr" evdədi?".
Xanım cavab verir ki, "yox". Oğlan qayıdır ki, "neqr" evdə
yoxdusa, ta nəyə gəlirəm ki?".
Yəqin başa düşdüz nə deyirəm.
Yuxarıda da qeyd etmişdim axı, öyrəncəli olmaq pis şeydi. Bizimkilər artıq
öyrəncəli olublar, məğlubiyyətlərdən üzləri "padoşlaşıb". Çalışın,
öyrəncəli olmayın.
P.S. Dəqiq, ya qeyri-dəqiq
məlumatdı, bilmirəm, amma eşitdiyim odu ki, millimizin oyunlarının canlı yayım
hüququnu Rusiyanın REN TV kanalı əldə edib.
komanda.az