Türkiyə superliqasında 6-cı turunda İstanbulda gerşəkləşən derbidə bu dəqiqələrdə "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nın qapısına qol vurub.
Mia.az xəbər verir ki, 88-ci dəqiqədə Snayder möhtəşəm qola imza atıb. Bundan 1 dəqiqə sonra Sneyder 2-ci möhtəşəm qolu da vurub.
Son dəqiqədə yan hakimin kobud səhvi nəticəsində "Fənərbaxça" Alper Potukla fərqi azaldıb - 2:1. Oyun bu hesabla başa çatdı.
Onu da qeyd edək ki, "Fənərbaxça"dan Bruno Alveş 53-cü dəqiqədə qırmızı kartla oyundan qovulub.
Mia.az