Fransa tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmasına çalışacaq.

ANS PRESS-in məlumatına görə, bunu Ermənistanda səfərdə olan Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Erik Furne deyib.

Onun sözlərinə görə, İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü oktyabr ayının çox vacib görüşlərindən biri olacaq.

"Fransa prezidentinin təşəbbüsü ilə Parisdə keçiriləcək iki dövlət başçısının görüşü ona görə vacibdir ki, biz qarşılıqlı etimadın yaranması üçün şərait yaradacağıq və danışıqlar masasında irəliləyişlər olacağına çalışacağıq", deyə XİN rəsmisi bildirib.