Avstraliyanın baş naziri Toni Ebbot Rusiya prezidenti Vladimir Putini hədələyib.
ANS PRESS-in məlumatına görə, T.Ebbot bəyan edib ki, "Böyük İyirmilik"in sammitində V.Putin Donetskdə qəzaya uğrayan Malayziya hava yollarına məxsus Boeing-777 sərnişin təyyarəsi ilə bağlı suallara ciddi şəkildə cavab verməli olacaq.
Rusiya ilə gələcək münasibətlərə gəlincə, baş nazir bildirib ki, Putinə qarşı Avstraliya futbolunda tətbiq edilən "shirtfront"dan istifadə edəcək.
""Shirtfront" - bu deməkdir ki, rəqibinlə toqquşarkən onu yerə yıxıb, topu götürüb qaçmaqdır. Məhz bu üsulla Putinə hücum edəcəm. Cənab Putin buna əmin ola bilərsiniz", deyə Ebbot bildirib.
T.Ebbot bildirib ki, Boeing-777-də olan 38 Avstraliya vətəndaşı məhz Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən öldürülüb. Ona görə də sammitdə Putinin əlini sıxsam, xalqımın xoşuna gəlməyəcək.
Baş nazir Putini hədələdi: "Onu yıxacam yerə..."
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50