Türkiyə İŞİD-ə qarşı mübarizəyə qoşulmaq üçün öz hərbi bazalarını təqdim edib. 

Ağ Ev rəhbərliyinin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bu barədə açıqlama verib. Rays bildirib ki, rəsmi Ankara İŞİD-ə qarşı zərbələr endirməyə hazırdır. Ağ Ev rəsmisi Türkiyənin bu qərarını alqışladığını qeyd edib.

Türkiyə İŞİD-lə mübarizədə Adana vilayətindəki İncirlik hərbi bazasından istifadə etməyi planlaşdırır. Baza Suriya sərhədindən cəmi 160 kilometr aralıda yerləşir.

Türkiyənin İŞİD-ə qarşı quru əməliyyatlara qatılmasına dair Amerika hökuməti ilə aparılan danışıqlar isə hələ davam edir(BBC)