Müsavat Partiyasının Məclis üzvlüyünə olan boş 38 yerin hamısına, yoxsa 30 yerə seçki keçirilməsinə qərar verilməsi üçün səsvermə keçirilib.
Mia.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, yeni başqan Arif Hacılı təklif edib ki, 30 yerə seçki keçirilsin və 8 yer sonradan namizəd olmaq istəyənlər üçün keçirilsin. Ancaq bu təklif 80-dən artıq iştirakçıdan 30 nəfərin səsini ala bilib. Yəni təklif qəbul olunmayıb. Daha sonra Mirbaba Babayev təklif edib ki, 38 yerin hamısına seçki keçirilsin, bu təklif də səsvermədə 30 ətrafında səs toplayıb və qəbul olunmayıb.
Bu vəziyyətdə başqan Arif Hacılı təəccüblə "Bəs indi necə olacaq?" deyə sual verib.
İsa Qəmbər bu məsələni həll etmək üçün söz istəyib. Sabiq başqan təklif edib ki, 32 yerə seçki keçirilsin. Məclis üzvləri yekdilliklə bu təklifi qəbul edib. İsa Qəmbərin müdaxiləsi ilə bu məsələ həllini tapıb.