Azərbaycanda Dövlət Bayrağı Günü ilə əlaqədar iki gün iş olmayacaq.

Dövlət Bayrağı Günümünasibətilə noyabrın 9-da qeyri-iş günüdür. Lakin bu tarix həftəninbazargününə təsadüf etdiyindən noyabrın 10-u da qeyri-iş günü olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ciil tarixli "Əmək Məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə bu bayramlar avtomatik olaraq növbəti iş günlərinə keçirilir.(publika.az)