Fransa İŞİD təhlükəsi ilə üz-üzə qalan Türkiyəyə dəstək verib.

ANS PRESS-in məlumatına görə, Fransa prezidenti Fransua Ollandla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Telefon danışığında Suriya ilə Türkiyə sərhədində yerləşən Kobani şəhərinə İŞİD terror qruplaşması tərəfindən edilən hücum və kürd qaçqınların Türkiyədə məskunlaşması müzakirə edilib. 

Hər iki dövlət başçısı İŞİD terror qruplaşmasına və Bəşər Əsəd rejiminə qarşı mübarizədə daha çox yardıma ehtiyac olduğu barədə həmfikir olduğunu deyiblər. 

Fransua Olland Ərdoğanın Türkiyə ilə Suriya sərhədində bufer zonanın yaradılması təklifini dəstəklədiyini və bunun Türkiyənin təhlükəsizliyi üçün önəmli olduğunu bildirib.