Müsavat partiyasının başqanı Arif Hacılı müşavirləri ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Müsavat partiyası Səbail rayon təşkilatının şura üzvləri Elman Həsənəli oğlu Həsənov, Dadaş Rəşid oğlu Əhmədov, Məclis üzvləri Cahangir Hüseyn oğlu Əmirxanlı və Azər Yavər oğlu İsmayıl Müsavat partiyası başqanının müşaviri təyin edilib.
Dadaş Əhmədov AzNews.az-a açıqlamasında belə bir sərəncamın olduğunu təsdiqləyib və bildirib ki, müşavirlər arasında onun da adı var.
Qeyd edək ki, Dadaş Əhmədov Müsavat partiyasının Səbail rayon təşkilatının üzvü olub.
Müsavat başqanı müşavirlərini təyin etdi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51