Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin xanımı Maka Çiçua barədə gürcü mətbautında diqqətçəkən məlumatlar yayılıb. 

Gürcü jurnalistlər bu dəfə Maka Çiçuanın keçmişini araşdırıb və maraqlı detallar ortata qoyublar. Vizajist və rəssam kimi fəaliyyət göstərmiş M.Çiçua sən demə gəncliyində filmlərə də çəkilib. Belə ekran əsərlərindən biri də gürcü tamaşaçısına yaxşı tanış olan "Keep Smiling” filmidir. 

Filmdə diqqətçəkən məqam Gürcüstan preidentinin xanımının açıq-saçıq səhnədə yer almasıdır. Filmdə çimərlik geyimlərində görüntülənən qızlardan birinin M.Çiçua olduğu yalnız indi məlum olub.

Gürcü mətbuatına istinadən həmin görüntüləri təqdim edirik.

Onu da qeyd edək ki, G. Marqvelaşvili ilə M.Çiçua bu ilin sentyabr ayında rəsmi nigaha giriblər(AzerFax).