Türkiyə Silahlı Qüvvələri Suriya sərhədində İŞİD terror qruplaşmasının mövqelərini atəşə tutub.

Bu barədə Türkiyə mətbuatı yazıb. Diyarbəkirdə yerləşən Hərbi Hava Qüvvələrinin bazasından havaya qalxan F-16 qırıcıları sərhədboyu kəşfiyyat xarakterli uçuşlar həyata keçirib. Daha sonra isə sərhədboyu yerləşdirilən toplarla İŞİD-in hədəfləri vurulub. Hazırda İŞİD-in mövqelərinin atəşə tutulması davam edir.

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədində hərbi texnikanın və əsgərlərin sayını artırıb(anspress).