Aeroporta hücum edən separatçıların böyük dəstəsi məhv edilib
Donetsk aeroportuna hücum edən separatçılar dəstəsi darmadağın edilib, yüzlərlə döyüşçü öldürülüb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya forumundan çıxarılmış hesabatlardan birində deyilir.
Məlumatlara görə, Donetsk aeroportuna hücumu zamanı RF döyüşçüləri ağır itkilər verərək geri çəkiliblər. Bir neçə tank isə məhv edilib.
Hesabatda deyilir ki, aeroporta hücum 2 oktyabr tarixində, yerli vaxtla səhər saat 5-də başlayıb.
Aeroporta hücum zamanı 400-dən çox Rusiya xüsusi təyinatlıları, 8 tank, 3 bmp və bir neçə zirehli maşın cəlb edilmişdi. Döyüşlər zamanı Rusiya xüsusi təyinatlıları darmadağın edilib.