Müsavat Partiyasının Başqanı Arif Hacılı Azərbaycan xalqını Müqəddəs Qurban bayramı münasibətilə təbrik edib
Mia.az-a daxil olan xəbərdə deyilir:
"Əziz həmvətənlər!
Azərbaycan xalqınımüqəddəs Qurban bayramı münasibətilə təbrik edir, hər bir Azərbaycan ailəsinəbolbayram süfrəsi arzulayıram.
Bu bayram xalqımız, eləcə də bütün dünya müsəlmanları üçün olduqca əzizdir. İslamın ən müqəddəs bayramlarından biri olan Qurban bayramı insanları haqqa-ədalətə, ulu Tanrıya daha da yaxınlaşdırır və onları saflaşdırır. Müqəddəs Həcc ziyarətinin də məhz bu günlərdə həyata keçirilməsi Qurban bayramının əhəmiyyətinin və dəyərinin göztəricisidir.
Mən arzu edirəm ki, belə bir müqəddəs gündə edilən qurbanlar, oxunan dualar Haqqın dərgahında qəbul olunacaq, hər birimizin xoş niyyətinin həyata keçməsinə kömək göstərəcək. Belə bir əziz gündə dualarımızın bütövlükdə xalqımız üçün düşərli, ölkəmizin və millətimizin problemlərinin həllinə yardımçı olacağına inanıram.
Hamınızı və hər birimizi təbrik edir və Tanrıdan Sizə xoşbəxtlik, əmin-amanlıq arzulayıram”.