Müştərilərinə operativ və
keyfiyyətli xidmət göstərmək məqsədilə ölkənin telekommunikasiya bazarının
lideri Azercell Telekom Bakıda və regionlarda Azercell Ekspres ofislərinin
sayını artırmaqdadır. Belə ki, 2 oktyabrdan etibarən şirkət Bakı şəhəri, Əhmədli
qəsəbəsi, M.Hadi. küçəsi
Öz şəbəkəsini və əhatə
dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda 17, regionlarda isə 31
Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4,
bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə
Ekspes ofislərinin sayı 48-ə çatıb. Əhmədlidə açılan yeni ofis sakinlərə
operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi
və peşəkar abunəçi xidmətindən yararlanmağa imkan yaradacaq.
Abunəçilərinin operativ və
keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu
Ekspres ofislərinin sayını artırmaqda davam edir.