"Mənim qızım maşınla adam vurmayıb. Bu barədə kim nə deyirsə, yalan deyir”.

Bunu Hafta.az-açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib. C.Həsənli həmçinin bildirib ki, bu haqda yazılanlar həqiqəti əks etdirmir: ”Elə bir şey yoxdur. Yazanda görmürlər ki, nə yazırlar?”.

Xatırladaq ki, bu günmediadaCəmil Həsənlinin qızının avtomobillə qəza törətdiyi və ailəsi tərəfindən gizli saxlanması ilə bağlı xəbərlər yayılıb.

Yayılan xəbərlərdə 2014-cü il sentyabr ayının ortalarında Milli Şura sədrinin Günel adlı qızının, idarə etdiyi 90-VL-983 nömrəli avtomobillə, Yasamal rayonu Mirəli Seyidov küçəsində bir qadını vuraraq ona ağır xəsarətlər yetirdiyi və və hadisə yerindən qaçdığı bildirilir.