"İŞİD-ə qarşı formalaşdırılan beynəlxalq koalisiyanın hədəfi təkcə aviazərbələrdən ibarət deyil”. 

ANS TV-nin məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bəyan edib. O bildirib ki, koalisiyaya qoşulmaq o demək deyil ki, hər kəs İŞİD silahlılarnın mövqelərinə aviazərbələr endirməlidir. 

Brifinqdə çıxışı zamanı Psaki qeyd edib ki, koalisiya tərkibində İŞİD-ə qarşı müxtəlif koordinasiya tədbirləri görmək mümkündür. "Əsas məqsəd İŞİD-i məhv etməkdir. Biz İraqa hərbi yardım göstərməyə davam edəcəyik”.