Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin və rayon təşkilat sədrlərinin iştirakı ilə toplantı keçirilib.
Partiyanın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, toplantıda
əsas müzakirə məsələsi Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi
qətnamə, son aylar fəallaşan daxili qüvvələr və onlara stimul verən mənbələr
müzakirə edilib.
MMP İdarə Heyətinin üzvləri baş verənləri Azərbaycanın inkişafından
narahat olan qüvvələrin təxribatı hesab ediblər. Qeyd edilib ki,həmin qüvvələr
beynəlxalq təşkilatların əli ilə Azərbaycana təzyiq etməyə çalışırlar. Bununla
kifayətlənməyərək daxilimizdə olan milli satqınların əli ilə ölkədə qarışıqlıq
salmağa çalışırlar.
Toplantı iştirakçıları Azərbaycan müstəqilliyinə zərbə vurmağa
çalışan qüvvələrə etiraz əlaməti olaraq ciddi tədbir görmək lazım gəldiyini
deyiblər. Təklif olunub ki, etiraz aksiyası keçirilsin. Təklif səs çoxluğu ilə
qəbul olunub: "Qərara alınıb ki, oktyabrın 12-si saat 15.00-da Beynəlxalq Təşkilatlara
və baş qaldıran milli satqınlara etiraz əlaməti olaraq 5 min nəfərlik mitinq
keçirilsin”.
Mitinqə yer alınması və icazə verilməsi üçün elə bu gün BŞİH-nə müraciət olunacaq.
Toplantıda Mitinq Komitəsinə xüsusi tapşırıqlar verilib.