Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD silahlıları ilə Peşmərgə - kürd qüvvələri arasında atışmalar şiddətlənib.

ANS TV-nin məlumatına görə, yerli əhali zorakılıqlardan qaçaraq Türkiyə sərhədlərinə üz tutub. Əhalinin əksəriyyəti piyada yola düşüb. Məlumata görə, gərginlik axşam saatlarında artmağa başlayıb. Hazırda terrorçular şəhəri mühasirəyə alıb. Atışmalar zamanı şəhər mərkəzinə düşən raket həvəskar kamerada əks olunub. 

Birləşmiş Ştatları prezidenti Braka Obama etiraf edib ki, Amerika hökuməti silahlı qruplaşmaların yaratdığı təhlükəni düzgün dəyərləndirməyib.