"Azərbaycan hökumətinin davamlı olaraq hüquq-müdafiəçilərinə və digər hökuməti tənqid edən şəxslərə təzyiqi onun Avropa Şurası qarşısındakı öhdəliklərinə hörmətsizlik etdiyini göstərir”- deyə təşkilatın Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Gogia bildirib.
Ads by CinPlus-2.5c×Hesabatda qeyd olunur ki, Azərbaycan illərdir tənqidi boğmasına və bu təşkilata daxil olarkən üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinə baxmayaraq, bu ilin mayında Avropa Şurası Nazirlər Kabinetinə altı aylıq sədrliyə başladı. Lakin köhnə problemlərin həllini tapması əvəzinə hökumət təzyiqləri daha da artırdı, saxta cinayət ittihamı ilə hüquq-müdafiəçilərinə, jurnalist və fəallara qarşı hücuma keçdi.
Hesabatda bildirilir ki, Azərbaycan son iki ildə əsassız ittihamlarla azı 50 müstəqil və müxalif siyasi fəalları, jurnalist, blogger və hüquq-müdafiəçilərini həbs etdi və onların əksəriyyəti hələ də həbsdədir. Bakı, QHT-lərin fəaliyyətini tənzimləyən məhdudlaşdırıcı yeni qanunlar və digər taktikalar, o cümlətən təşkilatın bank hesablarını dondurmaqla müstəqil qrupları susmağa vadar edib.
Gogia sonda bildirib ki, Avropa Şurası rəhbərliyi Bakının davranışlarını ən sərt şəkildə mühakimə etməlidir.