Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Qol.Az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Günün ilk qarşılaşmasında "Simurq" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Sumqayıt təmsilçisi bu görüşdə qələbə qazanmaqla yenidən liderliyə yüksələ bilərdi. Aqil Məmmədovun komandası 2:0 hesabı ilə öndə olsa da, meydan sahibləri əzmkar oyunla üç qol vuraraq qələbə qazanıb – 3:2.

Turun son qarşılaşması Qəbələdə oynanılıb. Burada yerli "Qəbələ" klubu "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

28 sentyabr (bazar)

Premyer Liqa, 7-ci turun oyunları


"Qəbələ” – "Xəzər Lənkəran” - 1:1 
Qollar:
 Cavid Hüseynov, 46 (1:0), Deyan Blajevski, 83 (1:1)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

"Simurq” – "Sumqayıt” - 3:2 
Qollar: 
Məhəmməd Qurbanov, 34-pen. (0:1), Orxan Əliyev, 57 (0:2), Adam Banaş, 60 (1:2), İlkin Qırtımıv, 73 (2:2), Marko Stanteviç, 74 (3:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu