Türkiyə Superliqasında 3-cü turun oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.

"Trabzonspor" klubu öz meydanında "Kasımpaşa"nın müqavimətini qıra bilməyib - 1:1. "Beşiktaş" klubu isə evdə "Eskişehirspor"la 1:1 bərabərə qalıb. 

Qeyd edək ki, superliqada 3-cü tura sabah axşam keçiriləcək iki oyunla yekun vurulacaq. 

27 sentyabr

Türkiyə superliqası, 3-cü tur

"Trabzonspor” – "Kasımpasa” - 1:1
Qollar:
 Yusuf Ərdoğan, 16 (1:0), Ezekiel Skarione, 85 (1:1)

"Beşiktaş” – "Eskişehirspor” - 1:1

Qollar: Olcay Şahan, 21 (1:0), Tolqa Dabanlı, 71 (1:1) 

28 sentyabr

"Rizespor” – "Bursaspor”

"Gəncələrbirliyi”  - "Balikesirspor” 

"Konyaspor” – "Erciyesspor”

"Akhisar” – "Fənərbaxça” 

29 sentyabr

"Karabükspor” - "Mersin İdmanyurdu”

"Qaziantepspor” – "Başakşehir”


26 sentyabr

"Qalatasaray” - "Sivasspor” 2:1
Qollar:
 Şedju 19 (1:0), Burak Yılmaz 32-pen. (2:0), Krisantus 70 (2:1)