Nazirlər Kabineri Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2015-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar qəbul edib
Artur Rəsizadə nazirlərin layihələrinə imza atdı, sənəd prezidentə göndərildi
Nazirlər Kabinetindən verilən məlumata görə, qərarda qeyd edilib ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı "Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2015-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilsin.
Bu sənədlər və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19