Beynəlxalq və regional səviyyədə keçirilən layihələr günümüzdə xalqların və dövlətlərin üzləşdiyi bir çox böhran hallarının qarşısının alınması, münaqişələrin həlli yollarının tapılması istiqamətində çox əhəmiyyətli rol oynayır.
Mia.az xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması zərurətini dərk edərək Azərbaycan Gənclərinin Avro Atlantika Təşkilatı İctimai Birliyi (AGAAT) tərəfindən icra olunan və Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən "Dağlıq Qarabağ Münaqişəsinə Beynəlxalq Baxış: Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması ”adlı layihə çərçivəsində 26-29 Sentyabr 2014 – cü il tarixlərində Bakı şəhərində beynəlxalq seminar-konfrans öz işinə başlayıb.
Qeyd olunan beynəlxalq seminar-konfransın qarşısına qoyduğu məqsədlər Avropanın müxtəlif bölgələrindən olan gənc ekspertləri (tələbələr, araşdırmaçılar, QHT nümayəndələri, və gənc siyasətçilər) və eləcə də eyni səviyyəli yerli gənc ekspertləri bir araya toplayaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək olmuşdur. Bunu etməkdə əsas məqsəd yerli və xarici ekspertlərin bu sahədə olan fikirlərini iştirakçılara çatdırmaq, bu münaqişələrin həlli yollarında atılan addımlar və beynəlxalq təşkiltların oynadığı rol barədə məlumat vermək və beləliklə də münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaqdır.
Tədbirin açılışında çıxış edən Azərbaycan
Gənclərinin Avro Atlantika Təşkilatı İctimai Birliyinin sədri cənab Ziya
Qazıyev layihənin əhəmiyyəti və aktuallığı barədə məlumat verdi. Açılışa dəvət
edilən Azərbaycan Gənclər Fondunin sektor müdiri cənab Orxan Ərəbov Azərbaycan Gənclər Fondunun
fəaliyyət sahəsi barədə qisa məlumat verərək seminarın iştirakçılarına uğurlar
dilədi. Beynəlxalq
seminar-konfransa dəvət edilmiş münaqişələr sahəsində fəaliyyət göstərən xarici
və yerli mütəxəssislər, elmi işçilər və Beynəlxalq Təşkilat nümayəndələrinin Avropanın
10 müxtəlif ölkəsindən olan xarici və yerli iştirakçılara münaqişələr, onların
həlli yolları və perspektivlər mövzularında çixışları nəzərdə tutulub. Bu
seminar-konfransin nəticəsi olaraq iştirakçıların Daqğlıq Qarabağ münaqiəsi
barəsində tədqiqatları və düşüncələri toplu olaraq nəşr olunacaq. Toplu nəşr
Azərbaycanda yerləşən xarici ölkə səfirliklərinə, Beynəlxalq Təşkilatların Bakı
nümayəndəliklərinə və müxtəlif beyin mərkəzlərinə paylanacaq.