Aprelin 3-də istefaya məcbur edilən Amerika Quru qoşunlarının komandanı general Rendi Corc bu gün vida mesajı yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, vida mesajında onu istefaya məcbur edən yollayan üstüörtülü şəkildə ABŞ prezidenti Donald Trampa “ilişib”.
 
General Rendi Corcun vida mesajında xüsusilə bu cümləsi dünya mediasının diqqətini çəkib: "Ordunun başında cəsur, prinsipial və xarakterli lider olmalıdır”.

Xatırladaq ki,  general Rendi Corcun səlahiyyət müddəti 2027-ci ildə başa çatacaqdı. Lakin Pentaqon Trampın tələbiylə onu vaxtından əvvəl istefaya məcbur edib.

Samir MUSAYEV
Mia.az