Akademik Milli Dram Teatrı Sizi 26 sentyabr tarixində saat 19.00-da "Generalın son əmri” tamaşasının premyerasına dəvət edir.
Mia.az
xəbər verir ki, bu il 75 yaşını qeyd etdiyimiz şair, dramaturq, publisist Vaqif
Səmədoğlunun eyniadlı əsəri əsasında hazırlanmış "Generalın son əmri” tamaşasının
quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq
rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar incəsənət
xadimi Cavanşir Quliyevdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşada Əməkdar artistlər Füzuli
Hüseynov (General), Sabir Məmmədov (Oğul nəvə), Dilarə Əliyeva (Qız nəvə),
Almaz Amanova (Qisasçı qadın), Ayşad Məmmədov (Cəllad), Hicran Nəsirova (Bibi),
Əjdər Həmidov (Polis), Telman Əliyev (Serjant), Sənubər İsgəndərova (Məşuqə),
İlham Hüseynov (Şeypurçu əsgər) Pərviz Məmmədrzayev (Fərari) və aktyor Rövşən
Kərimduxt (Qonşu oğlan) çıxış edirlər.