Bu gün səhərə yaxın İndoneziya sahillərində -  Maluku dənizində 7,4 bal gücündə zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə 35 kilometr dərinlikdə qeydə alınan zəlzələ ətraf adalarda genişmiqyaslı dağıntılara səbəb olub. 

Məlumata görə, zəlzələdən sonra hətta bəzi kiçik adaların cizgilərində dəyişiklik olub.

Xəbərdə deyilir ki, zəlzələdə ölən və yaralananlar var, lakin onların sayı tam dəqiqləşməyib.

Hüseyn Namazov
MİA.AZ