ABŞ və İsrailin hücumuna məruz qalan İranın Mərkəzi Əyalətindəki Xomeyn şəhərində MQ-9 tipli çoxfunksiyalı nəhəng PUA vurulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri məlumat yayıb.

Məlumatda deyilir ki, Xomeyni şəhərinin səmasında aşkarlanan MQ-9 tipli PUA məhv edilib: “Bununla da 28 fevralda başlayan müharibədə düşmənən təxminən 140 müxtəlif tipli PUA-sı vurulub”.

Tahir Şəlvəli
MİA.AZ