“Nə ABŞ-la danışıqlar aparılacaq, nə də Hörmüz boğazı açılacaq”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Parlamentinin sədr müavini Əli Nikzad Nikzad İranın Mərkəzi əyalətində hökumətə dəstək və ABŞ-a etiraz məqsədiylə meydana toplaşan insanlara müraciətdə deyib.
Nikzad bildirib ki, İran ABŞ prezidenti Donald Trampdan əl çəkməyəcək: “ABŞ-İsrail hücumunda İran lideri Ayətullah Əli Xameneinin ölümünə görə qisas alınmayana qədər Trampa qarşı mövqeyimiz dəyişməyəcək. Ali Dini Liderimiz Xameneinin öldürülməsi onların İrana qarşı həyata keçirdikləri ən ağır sui-qəsd idi. Ancaq onlar heç vaxt xain məqsədlərinə çata bilməyəcək".
Trampın İranla danışıqlar və Hörmüz boğazının açılması ilə bağlı açıqlamalarına münasibət bildirən Nikzad deyib ki, boğazı heç vaxt açılmayacaq: “Heç bir danışıqlar aparılmayıb və olmayacaq da. ABŞ administrasiyasının İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafla görüşüvə danışıq aparması xəbəri də yalandır. Deyirlər ki, bu müharibənin dayanması üçün cənab Məhəmməd Bağır Qalibaf danışıqlar aparır, amma bu, doğru deyil. Məqsəd yalnız daxildə bölünmə yaratmaqdır. Konstitusiyanın 5-ci və 110-cu maddələrinə əsasən, müharibə, sülh və ya danışıqlar barədə qərar Ali Rəhbərə (Ayətullah Müctəba Xamenei) aiddir və indiyə qədər danışıqlara icazə verilməyib."
Tahir Şəlvəli
MİA.AZ