Bu gündən Türkiyədə çörəyin qiyməti bahalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Türkiyə Çörəkçilər Federasiyasının prezidenti Halil İbrahim Balcı bildirib.
Onun sözlərinə görə, bu gündən etibarən bir çox şəhərlərdə,o cümlədən Ankara, İstanbul və İzmir də daxil olmaqla, çörəyin qiymətləri qalxıb: “Artıq 200 qram çörəyin qiymətini 17.5 lirəyə qaldırmalı olduq".
Fərid ASLAN
Mia.az