Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib. Tərəflər ATƏT-inBakıdakı layihə əlaqələndiricisinin ofisi və ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında anlaşma memorandumu” imzalanıb.