Amerika Birləşmiş Ştatlarında səfərdə olan Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidenti Barak Obama ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, Nyu-Yorkda keçirilən BMT-nin İqlim Zirvəsində iştirak edən Ərdoğan ötən gün Obama ilə görüşüb.
Görüşdə Ərdoğan və Obama Suriya münaqişəsi də daxil olmaqla bölgədəki bir sıra məsələləri müzakirə ediblər.
Ərdoğanın həmçinin Nyu-Yorkda ABŞ-ın vitse prezidenti Co Baydenlə görüşəcəyi bildirilir. Bu görüşdə əsasən Suriya münaqişəsinin müzakirə ediləcəyi deyilir.
Qeyd edək ki, ötən gün Ərdoğan açıqlama vermişdi ki, Türkiyə İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ və koalisiya ölkələrinə hərbi dəstək verməyə hazırdır.
Ərdoğanla Obama yenidən görüşdü - Detallar
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50