"Bank of Azerbaijan”ın çöküşünə dair xəbərlərin ardı-arası kəsilmədiyi bir vaxtda bu məlumatları təsdiqləyən daha bir fakt ortaya çıxıb.

"Qafqazinfo”nun əməkdaşı "Park Bulvar”da bütün bankalrın bankomatlarının yerləşdirildiyi 1-ci mərtəbədə maraqlı mənzərə müşahidə edib. Belə ki, sıra ilə düzlümüş bankomatlar arasında təkcə "Bank of Azerbaijan”a məxsus bankomat işlək vəziyyətdə olmayıb.

Əməkdaşımız həmin məqamı əks etdirən fotoları lentə alıb.