Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.