Politolq Leyla Əliyeva Müsavatın qurultayında dəstəklədiyi namizədin
kimliyini açıqlayıb.
O, MİA-az-a
açıqlamasında bildirib ki, Qubad İbadoğlu uğurlu ictimai xadim, yüksək
professional alim, təcrübəli lider və siyasət üçün tələb olunan digər keyfiyyətləri
özündə birləşdirən güclü namizəddir: "İbadoğlu sosial bacarıqları sayəsində ən
mürəkkəb ictimai qrupda lider olmaq, barışdırıcı mövqeyi ilə insanların ziddiyyətli
maraqlarını uzlaşdırmaq və onları birləşdirmək qabiliyyətinə malik olan əsil
siyasətçidir. O, həm də diplomatik bacarığa və mükəmməl idarəçilik
qabiliyyətinə malik təşkilatçıdır. Onun bütün fəaliyyəti demokratiya uğrunda
mübarizəyə həsr olunmuş və mən onu ideallarına sadiq olan bir şəxs kimi hər kəsdən
fərqləndirirəm.
Onun Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Forumunun Milli
Platformasının koordinatoru kimi fəaliyyəti dövründə Azərbaycana qarşı ədalətsizliyə
yol verilməyib, o, həmişə
milli və dövləti maaqları üstün tutub və məhz onun sayəsində nəinki Azərbaycandan,
hətta digər ölkələrdən olan demokratiya qurbanlarına kömək olunub. Onun təklifləri ilə insan hüquqlarının vəziyyətinə
dair çoxsaylı şərhlər qəbul edilib. Vətəndaş hüquqları müdafiəçisi və siyasətçi
kimi Qubad İbadoğlu bütün sahələrdə, o çümlədən, alim kimi tədqiqat fəaliyyətində,
beynəlxalq səviyyəli ekspert kimi Avropa İttifaqının Vətəndaş Cəmiyyəti Forumunun
İdarə Heyətinin üzvü kimi, yerli ictimai koalisiyaların rəhbəri olaraq neft gəlirlərinin
şəffaflığına nəzarətçi kimi o əvəzolunmazdır. Ən mürəkkəb siyasi vəziyyətlərdə
Qubad İbadoğlu təşəbbüsü ilə Azərbayacan vətəndaş cəmiyyəti qorunub. Bu
uğurları ilə yanaşı Qubad İbadoğlu vicdanlı və təmiz insan, işgüzar və məsuliyyətli
ugur adamıdır. Qubad İbadoğlu, xüsusilə beynəlxalq səviyyədə Müsavat
Partiyasının əlaqələrinin inkişafına əvəzolunmaz töhfə verə bilər. Çünki onun
dünyanın hər yerində. Avropa və Amerika Birləşmiş Ştatlarında yüksək nüfuzu var”.
MİA.az