Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Polşanın paytaxtı Varşava şəhərində keçirilən beynəlxalq tədbirdə ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç ilə qısa görüş keçirib. 

Əhməd Şahidovun Mia.az-a verdiyi məlumata görə, görüş zamanı rəhbərlik etdiyi qurum barədə məlumat verən Əhməd Şahidov media azadlığının ADİHİ üçün prioritet sahə olduğunu diqqətə çatdırıb və ATƏT-lə bu sahədə informasiya mübadiləsi aparmaq istəyini ifadə edib.

Xanım Dunya Miyatoviç Azərbaycanda azad media və ifadə azadlığı sahəsindəki vəziyyətlə yaxından tanış olduğunu bildirərək, qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

dunyadunya2dunya3