Rusiyanın dövlət arxivindən 1916-ci ilə aid rusların Ərzurum hücumunun görüntüləri ortaya çıxıb.
 
Təxminən 100 il əvvələ aid olan bu görüntülər rus qoşunlarının türk torpaqlarına hücumunu əks etdirir.
 
Xatırladaq ki, 1915-ci ilin qışında komandan Hafiz Hakkının başçılığı ilə 125 minə yaxın türk qoşununun Sarıqamışı azad etmə cəhdi uğursuzluqla nəticələndikdən sonra 1916-cı ildə rus qoşunları Qafqaz cəbhəsini yararaq osmanlı torpaqlarını işğal etmişdi(axar.az).