Qlazqo polisi Şotlandiyanın müstəqilliyi barədə referendumun nəticələri səbəbi ilə baş verən qarşıdurmada 11 nəfəri həbs edib. 

ANS PRESS-in məlumatına görə, 19 sentyabrda Qlazqo meydanlarının birində Şotlandiyanın Böyük Britaniyadan ayrılmasının tərəfdarları və əleyhdarları mitinq keçirərkən bir neçə toqquşma baş vermişdi. 

Toqquşmadan sonra polis tərəfindən saxlanılan 11 nəfər barədə həbs qərarı verilib.

Xatırladaq ki, referendum 18 sentyabrda keçirilib. Şotlandiyanın azadlığına qarşı olanlar 46%-ə qarşı 54% səs toplamaqla referendumda qalib olublar.