Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Kaliforniyanın nüfuzlu təhsil ocaqlarından olan Cənubi Kaliforniya Universitetinin (USC) Mühəndislik Fakültəsi ilə birgə "Əsrin Müqaviləsinin” 20-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan
Mia.az-a verilən məlumata görə, tədbirdə universitetin professor və tələbələri,
neft sahəsi üzrə müxtəlif təhsil və tədqiqat mərkəzlərinin tanınmış alimləri və
digər şəxslər iştirak ediblər.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi
Ağayev çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna
xidmətləri nəticəsində 1994-cü ilin 20 sentyabrında "Əsrin Müqaviləsi"
adlı tarixi sənədin imzalandığını, bununla da ölkəmizin neft strategiyasının və
enerji siyasətinin bünövrəsinin qoyulduğunu bildirib. Baş konsul bu müqavilə ilə
bir əfsanənin reallığa çevrildiyini, Azərbaycan xalqının sosial-iqtisadi həyatında
və ölkəmizin inkişafında dönüş nöqtəsi yaratdığını qeyd edərək, bu səpkidə ötən
dövr ərzində əldə olunan nailiyyətlərin Heydər Əliyev tərəfindən həyata keçirilən
siyasətin nə qədər uzaqgörən olduğunu göstərdiyini vurğulayıb. N.Ağayev, bu
strategiyanın bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın
regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini xüsusu qeyd edib.. Azərbaycanın
apardığı enerji siyasətinin ABŞ ilə münasibətlərdə xüsusi yer tutduğunu bildirən
baş konsul iki ölkə arasında münasibətlərin inkişafında "Əsrin Müqaviləsi"nin
böyük rol oynadığını də sözlərinə əlavə edib.
Daha sonra universitetin neft texnologiyaları
üzrə professoru Fred Aminzadə çıxış edərək, Azərbaycanın neft istehsalı və
sənayesi ilə bağlı təcrübələrindən danışıb və eyni zamanda, "Azəri”, "Çıraq” və
"Günəşli” yataqlarının istismar prosesi barədə iştirkaçıalara geniş məlumat
verib.
Tədbirin sual-cavab qismində qonaqları
maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir ziyafət və Azərbaycan rəqsləri və
mahnılarının ifası ilə yekunlaşıb.
MİA.AZ