""Milli Şura" üzvləri, özlərini müxalifət adlandıran İsa Qəmbər, Əli Kərimli kimi fəaliyyətsiz partiya rəhbərləri Hafiz Hacıyevi özlərinə əsas rəqib kimi görürlər. Prezident seçkiləri zamanı etdikləri bütün xəyanətləri açıb-tökdüm. Bundan sonra da onların qorxaqlıqlarını, xain olduqlarını sübut edən faktları ortaya qoyacam”. Bu fikirləri SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Milli Şura"nın son iclasının mahiyyətini şərh edərkən deyib.

Partiya sədri qeyd edib ki, sözügedən iclası bədbəxt insanların toplantısı idi: "Onlar artıq nə etdiklərini bilmirlər, çarəsizlikdən ağıllarını itiriblər. Qarşıdan bələdiyyə, daha sonra isə parlament seçkiləri gəlir. Ona görə də indidən süni yollarla özlərinə guya divident qazanmaq istəyirlər. Amma biz buna imkan verməyəcəyik”.