"Türkiyənin F-35 proqramına qayıtması NATO təhlükəsizliyi üçün vacibdir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan "Bloomberg"ə müsahibəsidə deyib.

Ərdoğan sentyabr ayında Ağ Evdə Trampla görüşündə F-35 məsələsini şəxsən qaldırdığını xüsusi vurğulayıb: "Cənab Trampın dövlət başçsı seçilməsi ilə Türkiyə-ABŞ münasibətlərində daha müsbət bir zəminə keçmək üçün böyük fürsət yaranıb. Türkiyənin artıq pulunu ödədiyi F-35 təyyarələrini alması və proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ-ın, eləcə də NATO-nun təhlükəsizliyi üçün çox vacib və zəruridir”.

Rusiyadan 2.5 milyard dollara alınan S-400 raketləri ilə bağlı sualı da cavablandıran Ərdoğan bildirib ki, bunu bəhanə edərək, Türkiyəyə qarşı ədalətsizlik edilib: “Bizim üçün vacib olan Türkiyənin etibarının qorunması, ədalətsiz şəkildə cəzalandırılmamağımızdır. Bu çərçivədə ABŞ-la danışıqlar davam edir. Ümidimiz həm hüquqi cəhətdən əsaslı, həm də iki ölkə arasındakı strateji tərəfdaşlığa uyğun olan ədalətli bir nəticəyə nail olmaqdır. Türkiyənin mövqeyi çox aydındır; biz milli maraqlarımıza və enerji təhlükəsizliyimizə uyğun hərəkət edirik".

Firudin Səfərli

MİA.AZ