İngiltərə Premyer Liqasının 20-ci turunda "Fulhem" və "Liverpul" üz-üzə gəliblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Craven Cottage-də keçirilən oyun bərabərə bitib - 2:2
Oyuna gəldikdə, "Fulhem" 17-ci dəqiqədə "Liverpul"dan transfer etdiyi Harri Uilsonun qolu ilə hesabı açıb.
"Liverpul" 57-ci dəqiqədə alman Florian Virtzin qolu ilə hesaba tarazlıq gətirib - 1:1
Oyunun sonuna əlavə olunmuş 4-cü dəqiqədə (90+4) "Liverpul" Kodi Qakponun qolu ilə fərqi arıtıb - 1:2.
Lakin 3 dəqiqə sonra, daha dəqiqi, final fitinə saniyələr qlamış Harrison Rid "Fulhem"in bərabərlik qolunu vurub - 2:2.
Bununla "Liverpul" liqadakı məğlubiyyətsiz seriyasını 8 oyuna çatdırıb.
Yeri gəlmişkən, "Liverpul" qarşıdakı turda liqa lideri "Arsenal"la qarşılaşacaq.
Fərid ASLAN
MİA.AZ