21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iki yoxlama görüşü keçirəcək.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, komanda yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində U-21 iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşmalar planlaşdırılıb.

Toplanış üçün heyətə 24 futbolçu dəvət olunub.